13 İyul 2022 12:04
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı) zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov