"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.
Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.
Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.