Bakının Xəzər rayonu 185 nömrəli tam orta məktəbin direktoru Esmira Rzaquliyeva vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
E.Rzaquliyeva 1966-cı ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetini təsviri incəsənət ixtisası üzrə bitirən E. Rzaquliyeva 2004-cü ildən 185 nömrəli məktəbə rəhbərlik edirdi.