Sentyabrın 18-i səhər saat 8:00-a olan məlumata görə, Qırğızıstan Respublikasının Batken və Oş vilayətlərində Qırğızıstan-Tacikistan sərhəddində gecə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki tərəfdən görülən tədbirlərə rəğmən vəziyyət gərgin olaraq qalır: "Hazırda tərəflərin nümayəndələri dövlət sərhədində işlərini davam etdirirlər, onlar əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar.
Baş nazirin müavini - Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev hadisə yerindədir və o, vəziyyəti tənzimləmək üçün yerli hakimiyyət orqanlarının işini əlaqələndirməyə davam edir".