8 May 2014 15:50
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) arasında iki partiyanın yaxınlaşması istiqamətində aparılan müzakirələr dayandırılıb. Bu barədə Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

S.Cəlaloğlunun sözlərinə görə, iki partiya arasında inteqrasiya ilə bağlı sosial sifariş olmadığından danışıqlar baş tutmayıb: "Əslində, məsələlər heç də mətbuatda yazıldığı kimi deyildi. Yəni söhbət iki partiyanın birləşməsindən getmirdi. Biz bələdiyyə seçkilərində iştirakla bağlı əməkdaşlıq etmək istəyirdik. Daha sonra təklif olundu ki, bu əməkdaşlıq "Qarabağ" bloku daxilində olsun, amma alınmadı. Əli Əliyev bununla bağlı təklifləri dəyərləndirdi, amma qərara gəldi ki, hələ buna siyasi ehtiyac yoxdur. Burada subyektiv məsələlər yoxdur. Yəni Əli Əliyevlə nə mənim, nə də İqbal Ağazadənin arasında hər hansı problem mövcud deyil. Həmçinin Əli Əliyev hər zaman milli maraqları partiya maraqlarından üstün tutan şəxsdir. Görünür, o, proseslərin indiki mərhələsində əməkdaşlığa ehtiyac duymur".

S.Cəlaloğlu qeyd etdi ki, hazırda mütün müxalifət düşərgəsində olduğu kimi ADP-də də süstlük yaşanır: "Azərbaycanın siyasi sferasında siyasi partiyaların aktivləşməsinə səbəb olacaq proseslər getmir".

Ayxan


Müəllif: