Goranboy rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakı-Qazax magistralının Dəliməmmədli kəndində olub.
Rayonun Hazırəhmədli kənd sakini 63 yaşlı Babayev Natiq Firuddin oğlu avtomobili ilə Sarovlu kənd sakini Sadıqov Nəriman Əbdülrəhman oğlunu vurub.
Piyada hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.