Bakıda Badamdar qəsəbəsində yerləşən maşın bazarında bir qrup şəxsin kütləvi davası ilə bağlı görüntülər yayılıb.
Teleqraf.com xəbər verir ki, Baku.ws tərəfindən yayılan görüntülərdə qadın və uşaqlardan ibarət şəxslərin əlbəyaxa davaya çıxdığı görünür.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məsələnin araşdırıldığını bildirib:
"Sözgügedən hadisə ilə bağlı polisə müraciət daxil olmayıb. Lakin yayılmış görüntülər ilə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb".