23 Noyabr 2022 23:43
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisidə 12 yaşlı yeniyetmə uşaq dünyaya gətirib.

Teleqraf.com xəbər verir ki, Birinci Universitet Klinikasının həkimi Lali Turdzladze “Ambebi” portalına açıqlamasında ana və körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Yeniyetmənin bir neçə saat əvvəl Rustavidən paytaxta çatdırıldığı açıqlanıb. Azyaşlının hamilə qalarkən 11 yaşının olduğu və 6-cı sinifdə oxuduğu açıqlanıb. Məlumata görə körpənin atası da azyaşlıdır.

Seksual xarakterli cinayət faktı ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Mənbə/APA