24 Noyabr 2022 12:47
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.

Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.

İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.

O, "Unikal"a açıqlamasında bu sözləri deyib:

"Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur", - deyə o bildirib.


Müəllif: Teleqraf.com