29 Noyabr 2022 09:41
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib, müalicə müəssisəsinə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Report-a onun vəkili Rəşad Mirmehdizadə məlumat verib.

O bildirib ki, N.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.

R.Mirmehdizadə deyib ki, hazırda cinayət işi üzrə ibtidai istintaqın davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N.Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

N.Məmmədov xüsusi ilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər