9 Dekabr 2022 10:25
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 9-da saat 1 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşad Vəliyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini Kamil Qaragözov hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov