“Qoç ət” KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.
Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 28-də “Qoç ət” KFT MMC-nin Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində baş verib.
Həmin sexdə xadimə işləyən Rəqsanə Pirməmmədova elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb.
Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.