Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
Teleqraf.com-un xəbərinə görə, bu haqda deputatlara Parlamentlərarası və Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verib. O, deyib ki, bir neçə müddət öncə Tacikistan prezidenti Azərbaycanda olub və birgə bəyənnamə imzalanıb: “Sənədin dördüncü bölməsində Dağlıq Qarabağ məsələsinə də toxunulub. Eyni zamanda iqtisadi, mədəni və digər əlaqələrin də inkişaf etdirilməsi bu sənəddə öz əksini tapıb. Təbii ki, Tacikstan kimi dövlətlə əlaqələrimizin inkişaf etdirilməsi bizim üçün olduqca vacibdir. Buna görə də xahiş edirəm ki, deputatlarımız bu məsələni də qəbul etsinlər”.
Layihə səsverməyə qoyularaq qəbul edilib.
Nemət