21 Fevral 2023 09:55
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naftalan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva Naftalan şəhərinə gələrək vətandaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verlib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər