Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Coşqun Güləhmədov saxlanılıb.
Araşdırmalarla onun Səbail rayonu ərazisində bir mağazadan pul, bir köşkdən isə 1600 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində marşrut avtobusunda bir sərnişinin cibindən üzlüyündə pul, şəxsiyyət vəsiqəsi və kartlar olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nizami Məlikov müəyyən olunaraq saxlanılıb.
Suraxanı rayon Polisİdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində usta işləyən iki nəfərin pul və mobil telefonlarını işlədikləri yerdən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Elməddin Əmiraslanov müəyyən olunaraq tutulublar.