İsmayıllıda qonşular arasında dava baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə İsmayıllı rayonunun Uştal kəndində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun İvanovka kənd sakinləri - 1972-ci il təvəllüdlü Qurbanov Etibar və oğlu, 1994-cu il təvəllüdlü Qurbanov Hicran və həmkəndliləri - 1986-ci il təvəllüdlü Qasımov Raqib İlyas oğlu arasında mübahisə baş verib. Mübahisə nəticəsində onlar bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. Yaralananlar rayon mərkəzi xəstəxanasına çatdırıblıb. Hadisənin torpaq üstündə olduğu bildirilir.
Faktla bağlı da İsmayıllı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.