4 May 2023 13:26
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-dəı, saat 12 radələrində Tərtər rayon sakini 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Tərtər rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər