Mayın 7-də, saat 10 radələrində Xocalı rayon polis şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini, 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölüb.
Digər sərnişin - İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.