Dünən gecə saatlarından Göygöl rayonunda baş vermiş güclü selin yaratdığı fəsadların aradan qaldırılmasına başlanılıb.
Teleqraf.com xəbər verir ki, daha ciddi fəsadlar rayonun Topalhsənli kəndində qeydə alınıb.
Sel iki nəfərin həyatına son qoyub, təxminən 4 avtomobil sıradan çıxıb, sel suları evlərə dolub. Həmçinin qaz xətti yararsız vəziyyətə düşüb. Hadisə yerinə aidiyyəti qurumların rəsmiləri gəliblər, texnika və canlı qüvvə cəlb olunmasına yardım göstəriblər.