27 May 2023 11:26
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda sürücü avtomobillə velosipedlə gedən şəxsi vurub.

Teleqraf.com xəbər verir ki, Əsədullayev Yusif Seyfulla oğlu Xaçmaz şəhəri, Bakı prospektində idarə etdiyi “Khazar LX” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq onunla eyni hərəkət zolağında əks istiqamətdə velosipedlə gələn Davidov Cavid Siracəddin oğlunu vurub sonuncunun ölümünə səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com