12 May 2014 15:53
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda son günlər ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin ünvanına səslənən tənqidi məqamlar onu məcbur edib ki, şəxsi mövqeyini, düşüncələrini ifadə etməkdən daha çox təmsil etdiyi dövlətin rəsmi mövqeyini açıqlasın”.

Teleqraf.com-un xəbərinə görə, bu fikri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsiplə bağlı Azərbaycan dövlətinin öz mövqeyi var. Bu mövqe danışıqlar prosesində və mümkün olan həddə qədər mətbuata açıqlamalarda ifadə olunub. Onun sözlərinə görə, ABŞ və digər həmsədr dövlətlər, onların nümayəndələri münaqişə ilə bağlı xüsusi mövqelərini açıqlamaq və vəziyyətin durumunu təsvir etmək yox, vəziyyəti dəyişməyə yönəlik nəticələrə gətirib çıxarmaq üçün fəaliyyət sərgiləməlidirlər:

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsipdə Azərbaycanı qane etməyən məsələlər olsa belə, bu prinsiplərin
reallaşdırılması üçün ABŞ həmsədr dövlət kimi həm özü, həm də digər həmsədr dövlətləri status-kvonun dəyişməzliyinin qəbul olunmazlığı, yaranmış mövcud vəziyyətin qəbuledilməz, qeyri-sabit olduğunu ifadə etmək yox, vəziyyəti dəyişmək üçün ciddi fəaliyyətə keçməyin vacib olduğuna inandıra bilsə və bu istiqamətdə fəaliyyət göstərsə, həmin fəaliyyətə dair fikirlərimizi ifadə edə bilərik”.

Səxavət


Müəllif: