Beyləqan şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 86 m² olan 3 otaqlı mənzilin bir otağının tavanı 12 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.