4 İyun 2023 22:18
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nardaran qəsəbəsində 2 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər