Novxanıda bağ evindən 10 000 manatlıq oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsindəki bağ evlərinin birindən 10 000 manat dəyərində məişət, elektrik və istixana avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Raul Vəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.