Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 12-də Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 1988-ci il təvəllüdlü Rəvan Baxışov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.