Sumqayıtda 2 yaşlı uşağın nənəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb:
"Uşaq Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların anası bir müddət öncə dünyasını dəyişib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var”.