Yanvarın 7-9-da Fransada baş verən terror aktları daha çox Rusiyanın maraqlarına uyğundur.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bunu Krım tatarlarının lideri, deputat Mustafa Cəmilov bildirib.
"Belə faciəli hadisələr baş verəndə cəmiyyətdə sual yaranır: bu kimə sərfəli ola bilər? Burada birmənalı şəkildə belə bir nəticə çıxarmaq olar ki, bu terror aktları ən çox Rusiyaya sərfəlidir. Ona görə ki, bununla Rusiyanın Ukraynaya qarşı terrorundan diqqət "islam terrorizmi"nə yönəldi", - Mustafa Cəmilov bildirib.
Onun fikrincə, belə terror aktları sağ faşistlərin fəaliyyətini gücləndirir.
"Bundan başqa, bu terror "sağ"ların fəallaşmasına səbə olacaq - Mari Le Penin Milli Cəbhə Partiyası fəallaşacaq. Eləcə də Macarıstan və Bolqarıstanda da "faşistlər" fəallaşacaq. Bu ölkələr isə daha çox Rusiyanı dəstəkləyirlər", - Cəmilov əlavə edib.
Nihad