28 Avqust 2023 12:27
276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Qozlubulaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundam məlumat verilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər