1 Oktyabr 2023 20:58
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda 5 otaqlı ev yanıb.

Bu barədə Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Bildirilib ki, Cəlilabad rayonunun Komanlı kəndində ümumi sahəsi 78 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com