Naxçıvanda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan şəhəri Atabəylər məhəlləsində 5 nəfərin (Naxçıvan şəhər sakinləri 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu) dəm qazından zəhərlənməsi barədə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən şəxslərin vəziyətləri normaldır.