Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yolu keçmək istəyən Şabran rayon sakini Elnur Zeynalovu avtomobil vurub. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.