29 Noyabr 2023 20:58
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Yenikənd kəndindəki meşə massivindən yaş ağacın kəsilməsi barədə şöbəyə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər