Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S.Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.
Teleqraf.com xəbər verir ki, S.Ağayev saxlanılan zaman onunla birlikdə olan yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstəriblər.
Polisə daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.
Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.