9 Dekabr 2023 21:54
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Oğuz-Kərimli-Yevlax yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Teleqraf.com xəbər verir ki, avtomobildə olan iki nəfər - 53 yaşlı Sadiq Əhmədov və 44 yaşlı Ruslan Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər