28 Dekabr 2023 16:45
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq tərəfindən qida təhlükəsizliyi sahəsində əhalinin həyat və sağlamlığının qorunması, habelə istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.

Araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi - “Azvitamin” MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, “AGR Group” MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunub.

Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər