Bakıda bank kartından pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 4-də rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 505 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Kəlbiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.