Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Keçirilmiş tədbirlərlə əvvəllər də məhkum olunmuş şəhər sakini Elçin Qəribov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 14 ədəd patron və daraq aşkar edilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
E.Qəribov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.