18 Yanvar 16:04
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq paytaxtın Səbail rayonunda qadının güllə xəsarəti alması barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər