Sumqayıt şəhərində evdən 61 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.
1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.