Ukraynanın Poltava və Xarkov şəhərlərində yenidən partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Obşçestvennoye” qəzeti öz Teleqram kanalında şəhər hakimiyyətinin və hadisə şahidlərinin ifadələrinə istinadən məlumat yayıb.
“Poltava və Xarkovda yenidən partlayışlar baş verib”, - nəşr yazır.
Poltava Regional Hərbi Administrasiyasının (POMA) sədri Filip Proninin sözlərinə görə, şəhərdə baş verən partlayışlar nəticəsində Kremençuq vilayətində sənaye obyektinə ziyan dəyib və ardınca orada yanğın başlayıb.
"Xarkovda partlayışlar var" deyə şəhər meri İqor Terekov bildirib.