4 Mart 09:39
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Faiq Əliyev və tanışı Tehran Əliyev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

F.Əliyevin idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə tiryək və marixuana, həmçinin 240 ədəd psixotrop tərkibli metodon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov