27 Yanvar 2015 17:43
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində bu gün Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT Minsk Qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Ermənistanın təxribatçı əməllərinə diqqəti çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.

Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan E.Məmmədyarov ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər