19 Mart 13:19
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Babək rayonu Vayxır kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobillə "Hundai" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Niva"da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Digər avtomobildə olan 3 sərnişin - Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu isə ağır yaralanıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report


Müəllif: Teleqraf.com