28 Mart 16:14
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günlərində Respublika yollarında baş vermiş qəzalarla bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirmişdir.

Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalmışdır.

Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilmişdir.

Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcəkdir.


Müəllif: Hacı Zeynalov