3 Aprel 13:45
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd sakinlərinə məxsus xırda buynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər