6 Aprel 00:26
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Şanlıurfada şəhərlərarası avtovağzalda baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Qeyd edilir ki, şəhərlərarası avtovağzala gələn bir qrup şəxslə bilet satışı ilə məşğul olan şirkətin ofisində naməlum səbəbdən qarşıdurma olub.

Avtovağzaldakı polis əməkdaşı davaya müdaxilə etmək istəyib. Qarşıdurma zamanı polis əməkdaşı da olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər