Müxalifət bu gün Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.
Publika.az xəbər verir ki, Müsavat Partiyası və Milli Şura abidəni ayrılıqda ziyarət ediblər.
Əvvəlcə Müsavat Partiyasının təmsilçiləri abidənin önünə əklil qoyub. Arif Hacılı və keçmiş başqan İsa Qəmbər Rəsulzadə haqda çıxışlar ediblər.
Daha sonra Milli Şura rəhbərliyi abidənin önünə gəliblər. Qurumun sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli çıxış edib.
Qeyd edək ki, Müsavat ötən il Milli Şuradan ayrıldıqdan sonra AXCP ilə ciddi qarşıdurmadadır.