Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) üç yanğınsöndürən maşını cəlb edilib.
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.