Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakının Nərimanov rayonunda, "Metro Park"ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.
Teleqraf.com Citypost.az-a istinadla xəbər verir ki, qətli törədən 21 yaşlı İsmayıl Allahverdiyev hərbiçidir.
Məlumata görə, o, Qarabağdakı N saylı hərbi hissələrin birində xidmət edirmiş.
İ.Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış. O, Bakıya mərhum T.Musayevi öldürmək məqsədi ilə gəlib.