İsrail bazar ertəsi axşam Livanın şərqindəki Bekaa bölgəsində Hizbullahın silah anbarına zərbələr endirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilir ki, son 10 ayda İsrailin zərbələri mütəmadi olaraq Hizbullah yaraqlılarını və raket buraxılış məntəqələrini hədəf alıb, lakin silah anbarları daha az hədəfə alınıb.